AZ

Nazir çətin suallar qarşısında: Günahı bizə atdı

Bu gün Fransanın daxili işlər naziri Jerar Darmani "France-2" telekanalına müsahibəsində sərsəmləyib. Nazir Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Ermənilərin kütləvi şəkildə qətlə yetirildiyini iddia edən nazir aşkar şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır.

Görünür, nazir ölkəsinin törətdiyi cinayətləri başqasının boynuna yıxmağa çalışır. Danışdıqlarının hamsı başdan ayağa yalan olan nazir problemləri həll etməkdənsə, ən rahat yolu seçir. Yəni, öz ölkəsinin uğursuzluğunu başqa ölkəni ittiham etməkdə görür.

Yaxşı olardı ki, Fransanın daxili işlər nazirinə öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsi, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixi xatırladılsın.

Eləcə də, Fransa Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etməkdənsə, bu cür etirazlara səbəb olan uğursuz siyasətinə diqqət yönəltməlidir.

Məlum məsələdir ki, Fransa uzun illərdər bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə çalışır, kanarların sayının azalması üçün orada kolonialistlərin sayı artsın, konakları kənara sıxışdırmaq siyasəti yürüdülür və bu gün baş verənlər məhz bu siyasətə qarşı mübarizədir.

Nazirin əsassız ittihamlarına Rəsmi Bakı cavab verib. "Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq", - Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

Qeyd edim ki, Fransanın kolonializm siyasətini Cənubi Qafqaz regionunda da tətbiq etmək niyyəti var. Bu ölkənin 44 günlük müharibədən sonra Azərbaycana qarşı apardığı siyasət bunu deməyə əsas verir ki, Fransa kolonializmi yalnız keçmiş müstəmləkələrində, zor gücünə hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də Cənubi Qafqaz regionunda da tətbiq etmək istəyir.

İslam
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
milli.az

2Mənbələr