AZ

Hərbi cani Balasanyan fəallaşdı: “Həmişə erməni kilsəsinin yanında dayanmışam“

Ermənistadan vəziyyət gərgin olaraq qalır. News365.az xəbər verir ki, Tavuşun inqilabçı keşişi Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş” hərəkatı İrəvanda hökumət binası qarşısında iğtişaşlar törədir. Keşişin hərəkatına bir sıra hərbi canilər də qoşulublar. Bunlardan ən çox diqqət çəkəni isə Birinci Qarabağ müharibəsində amansız əməlləri ilə yadda qalmış hərbi cani Vitali Balasanyandır. Bu gün hpkumət binasının qarşısına toplaşan etirazçıların yanında görünən Balasanyan "Armlur"a açıqlamasınd Srbazanın hərəkatına ikiəlli qoşulduğunu deyib. 

“Biz bəyanat verdik və hərəkata qoşulduq. Mən həmişə Erməni Apostol Kilsəsinin yanında dayanmışam”, - o qeyd edib.

Hərbi cani demarkasiya və demarkasiya prosesi ilə bağlı isə qısa cavab verib: “Beynəlxalq hüquq və normalar mövcuddur və hər bir ölkə bu norma və qanunları rəhbər tutmalıdır. Bunu edirlər, ya yox? Bu sualı qarşıdakı binada oturanlardan soruşun”.

Qeyd edək ki, Balasanyan ötən il Qarabağdan qaçaraq Ermənistanda məskunlaşandan sonra siyasi proseslərdən və mediadan kənar gəzirdi.

Xatırladaq ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
news365.az

1Mənbələr