AZ

Ermənistanın sərhəd qoşunları 10 gündür ki, Bağanıs Ayrım - Əskipara ərazisində xidmət edir - Paşinyan

Ermənistanın sərhəd qoşunları 10 gündür ki, Bağanıs - Voskepar (Bağanıs Ayrım - Əskipara) ərazisində xidmət edir.

Olaylar xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistanın sərhəd qoşunları sərhəd dirəkləri quraşdırılan andan ərazidə yerləşdirilib.

"Hazırda ərazi daimi xidmət üçün araşdırılır. Bu proses digər sahələrdə də aparılacaq", - deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
olaylar.az

3Mənbələr