AZ

“Azərbaycan bölgədə elə bir geosiyasi reallıq yaradıb ki...”

“Azərbaycan

“İstənilən halda yaranmış durumda daha çox itirən tərəflərdən biri erməni kilsəsi olacaq. Çünki prosesin uğur qazanacağı, Ermənistanda hakimiyyət dəyişikliyinə nail olunacağı çox az ehtimal olunan variantdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib. Ekspert əlavə edib ki, hakimiyyət dəyişikliyinin olmaması insanlarda erməni kiləsinə olan inamı sarsıdacaq ki, bu da Paşinyanın xeyrinə işləyəcək: “Paşinyan bundan faydalanıb kilsənin dövlət işlərinə müdaxilədən daha rahat formada uzaq tutmağı bacaracaq.
Bütövlükdə isə bu proses erməni cəmiyyətində Ermənistanın perspektivinə daxildən vurulacaq çox böyük sarsıdıcı zərbə olacaq.
Ermənistan cəmiyyəti hələ də anlamaq istəmir ki, nə qədər revanşist meyillərdən əl çəkməyiblər, uğursuzluq labirintindən çıxmaları qeyri-mümkün olacaq. Revanşist mövqedən əl çəkmədikcə daha dərin böhranlarla üzləşəcəklər.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bölgədə elə bir geosiyasi reallıq yaradıb ki, Ermənistan tərəfinin istənilən revanşist cəhdi uğursuzluğa məhkumdur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
xalqcebhesi.az

1Mənbələr