AZ

Azərbaycanda pensiyalar bu qədər artıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artırılaraq 1652,1 milyon manata çatdırılıb.

Bu barədə Olaylar-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib. 2024-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1097,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Onların 64,2 faizi yaşa, 23,5 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,2 faiz artaraq 490,7 manat təşkil edib və orta aylıq əmək haqqının 49,8 faizinə bərabər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
11
olaylar.az

10Mənbələr