AZ

Doğum günündə Markı belə təbrik etdi - Fotolar

“Meta” şirkətinin qurucusu, milyarder Mark Zukerberqin 40 yaşı tamam olub. Bu münasibətlə milyarderin həyat yoldaşı Prisçilla Çan Zukerberqə qeyri-adi doğum günü hədiyyəsi hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən hədiyyənin fotolarını M.Zukerberq öz instaqram hesabında paylaşıb.  

Belə ki, Prisçilla Çan həyat yoldaşının həyatında özünəməxsus əhəmiyyəti olan məkanların kiçik ölçüdə olan variantlarını hazırladıb. 

Bu məkanlar arasında Markın sahib olduğu ilk yataq otağı, ilk mənzili, koronavirus pandemiyası zamanı karantində işlədiyi ofis və sevdiyi restoranı var. 

Fotolarla yanaşı Markın ad günü tədbirində “Microsoft” şirkətinin təsisçisi Bill Qeytsin də olması marağa səbəb olub. 

Prisçilla Çanın sözlərinə görə, yoldaşı adətən ad günü ilə bağlı böyük şənliklər təşkil etməyi sevməsə də, bu ilki doğum günü istisna olub.







Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
4
qafqazinfo.az

5Mənbələr