AZ

Çinlə münasibətlərimiz regionda nəyi dəyişəcək? - Türk generaldan mühüm mesaj

Son dövrlər Çinlə Azərbaycan arasında qarşılıqlı səfərlər artıb. Mayın 14-də Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan-Çin əlaqələrinin inkişafı ümumi bölgə üçün nə vəd edir? Türkiyənin bu prosesdə rolu necə ola bilər?

Ehtiyatda olan general Yücel Karauz bildirib ki, Çinlə münasibətlər Azərbaycanın müstəqillik əldə etdiyi gündən müsbət istiqamətdə inkişaf edir:

“Azərbaycanın geosiyasi və birgə strateji mövqeyi Çinin qlobal layihələrinin bir hissəsinin Azərbaycandan keçməsinə şərait yaradır. Bu da Çin-Azərbaycan münasibətlərinə olduqca yaxşı təsir edir. Göründüyü kimi, Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi sərmayələri artırmaq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək istəyir. Burada əsas məsələ dünyada artan qeyri-müəyyənliklər, risk və münaqişələrdir. Çin və ABŞ arasındakı mövcud rəqabət həm Türkiyəyə, həm də Azərbaycana təsir edə bilər. Çin və ABŞ siyasi, iqtisadi və mədəni siyasətlərini dəstəkləyən dövlətləri öz tərəfinə cəlb etməyə çalışırlar. Pekinlə münasibətləri qoruyub inkişaf etdirməklə yanaşı, ABŞ-ı da diqqətdə saxlamaq lazımdır”.



Y. Karauz vurğulayıb ki, Azərbaycan və Türkiyə bir neçə il ərzində ortaya çıxacaq Çin-ABŞ qarşıdurmasında bitərəf olmalıdır:

“Ümumi prinsip çərçivəsində siyasi və iqtisadi əlaqələr inkişaf etdiriləcək. Lakin bu əlaqələr regional tarazlığı davamlı şəkildə dəyişdirəcək. Ona görə bunun ölkələrə yönəlməsinin qarşısını almaq lazımdır. Məsələn, Ermənistana silah satmaq və ya Təhlükəsizlik Şurasında İrəvanın siyasətini dəstəkləmək lazım deyil. Çin BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. İstəmədiyi bir qərarın qəbul edilməsi mümkün deyil. Buna görə də belə məqamlara nəzər salmaq lazımdır. Doğrudur, Çinin böyük bir iqtisadiyyatı var. Bu iqtisadi əməkdaşlıq siyasi və qlobal məsələlərə təsir etməməlidir. Türkiyə və Azərbaycanın Çinlə apardığı münasibət paralel xətt üzrə inkişaf edir”./Publika.az  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
2
referans.az

3Mənbələr