AZ

İrəvanda hökumət binası önündəki aksiya başa çatdı - Balasanyan da danışdı

Ermənistanda etirazçıların başlatdığı “Vətən uğrunda Tavuş” hərəkatının hökumət binası yaxınlığında keçirilən etiraz aksiyası başa çatıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyaya paralel olaraq baş nazir Nikol Paşinyanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası da keçirilib.

Melik Adamyan küçəsində polis bir neçə cərgədə kordona düzülərək etirazçıların bu əraziyə keçməsinə mane olub.

Bugünkü aksiya zamanı 3 nəfər nəzarətə götürülüb.

Parlamentin “Hyastan” blokundan olan deputat Qarnik Danielyan bildirib ki, etirazlara rəhbərlik edənlər bu gün saat 19:00-da gələcək planları müzakirə etmək üçün Surb Anna kilsəsinin həyətinə toplaşacaq.

Bu arada Qarabağdan İrəvana qaçmış qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan da Ermənistan KİV-nə açıqlama verib.

O, bir neçə gün öncə bəyanat verərək etiraz aksiyasını dəstəklədiyini və “Vətən naminə Tavuş” hərəkatına qoşulduöunu təsdiqləyib.

“Mən bütün ömrüm boyu Erməni Apostol Kilsəsinin yanında durmağa hazıram”, - Balasanyan qeyd edib.

Balasanyan Tavuşda delimitasiya ilə bağlı suala cavab verməkdən imtina edərək, sadəcə deyib ki, beynəlxalq təcrübə, beynəlxalq hüquq və beynəlxalq normalar var və hər bir dövlət bu norma və qanunları rəhbər tutmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
3
modern.az

4Mənbələr