AZ

Bakıda İqlim və Su Sammiti keçirilib

ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutu, BMT-nin Azərbaycan Nümayəndəliyi, Davamlı Gələcək Komissiyası, Boğaziçi Universiteti və TÜBİTAK ilə əməkdaşlıq çərçivəsində İqlim və Su Sammiti keçirib.

Bakıvaxtı.az xəbər verir ki, mayın 16-da baş tutan tədbirdə hökumət və akademik qurumların, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri bir araya gəliblər, dünyanının üzləşdiyi qlobal iqlim və su məsələlərini və həll yollarını müzakirə ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FAO və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin eskpertləri su resursları ilə bağlı hazırkı vəziyyətdən və yaxın gələcək üçün nəzərdə tutulan proqnozlardan söhbət açıblar.

"Davamlı Gələcək Komissiyasının Azərbaycan sədri və "Aqualink"in baş direktoru Orxan Mikayıl və "Agro TV"nin CEO-su Doğan Başaranın iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, COP29-un ilk dəfə türk dünyası ölkələrindən birində keçirilməsi əlamətdar hadisədir.

İnkişaf və Diplomatiya İnstitutunun direktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iqlim və su problemlərinin həllində tədqiqatın vacibliyini, bunun iqlim risklərinin qiymətləndirilməsindəki önəmini vurğulayıb. O əlavə edib ki, əvvəlki COP sammitləri ilə müqayisədə builkinə alimlərin fəal şəkildə cəlb edilməsi və onlar üçün xüsusi platformaların təşkil edilməsi nəzərdə tutulur.

Yaşıl transformasiyanın iqtisadiyyata təsirindən bəhs edən çıxışçılar iqlim dəyişikliyi ilə bağlı ölkədaxili qurumlar arasında əməkdaşlığın, transmilli tərəfdaşlığın və su diplomatiyasının önəmini vurğulayıblar.

FAO və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin nümayəndələri çıxışlarında qlobal rəqabət mühtinin iqlim dəyişikliyinə təsir etdiyini və 2040-cı ilədək qlobal qaz emissiyasının 43%dək azaldılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıblar.

Kənd təsərrüfatı sahəsində su resurslarının intensiv şəkildə istifadə edildiyini deyən eskpertlər iqlim dəyişikliyi ilə bağlı ölkənin su resurslarında 15% azalmanın müşahidə edildiyini vurğulayıblar.

Tədbir mövzu ətrafında panel müzakirələrlə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
5
bakivaxti.az

6Mənbələr