AZ

“Ermənistanın siyasi meydanında ciddi diskomfort yaşanır”

“Ermənistanın

“Ermənistanda baş verən proseslərdə nəticə etibarilə yaranmış durumda erməni kilsəsi çıxılmaz vəziyyətlə üzləşib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib. Ekspert əlavə edib ki, çünki erməni kilsəsinin də qarşıya qoyulan hədəfə nail olmaq üçün üzərinə götürdüyü missiyanı sona çatdırmağa gücü yetmir: “Bu səbəbdən də Ermənistanın siyasi meydanında ciddi diskomfort yaşanmaqdadır.
Bir yandan keşiş Baqrat Srbazan İrəvan küçələrini gəzib bir-bir qapıları döyərək müxalif siyasi qüvvələrlə yanaşı, vətəndaş cəmiyyətindən, elm, təhsil və digər qurumlardan dəstək istəsə də, istənilən nəticəni əldə etmək mümkün olmur.
Digər tərəfdən isə Srbazan əlinə düşən imkandan yaxın bir neçə ətrafı ilə birlikdə oyunlarını qurub bacardıqca öz şəxsi korporativ maraqları üçün faydalanmağa çalışır. Onlar təkcə gələcək siyasi karyeraları baxımdan deyil, həm də maddi cəhətdən faydalanmağa çalışırlar. Çünki çoxsaylı maraqlı qüvvələr prosesə yetəri səviyyədə maliyyə dəstəyi verirlər və onlar da bundan bacardıqca çox qazanmağa çalışırlar. Ona görə də Srbazan öz kiçik dəstəsi ilə həm müxalifəti, həm də önə çıxmaq istəyən digər simaların üzə çıxmasına imkan verməyərək onları kölgədə saxlamağa çalışırlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
xalqcebhesi.az

1Mənbələr