AZ

Azərbaycanda müavinət alanların sayı açıqlanıb

Aprelin 1-i vəziyyətinə görə, Azərbaycanda 448,7 min nəfər müavinət alır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 
Bildirilib ki, 148,8 min nəfər yaşa, 218,2 min nəfər əlilliyə,  (onlardan 46,0 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər), 58,3 min nəfər ailə başçısını itirməyə görə müavinət alır. Digər müavinət növlərini alanların sayı isə 23,4 min nəfər olub.
 
 Prezidenti İlham Əliyevin 2024-cü il 5 fevral tarixli 4291 nömrəli sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb.
 
Aygün

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
anews.az

1Mənbələr