AZ

Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər SAXLANILDI - FOTO

Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 5 sürücü müəyyən edilib.

Avtosfer.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən rayon sakinləri A.Rzazadə, X.Bağırlı, H.Həsənzadə, S.Şükürov və X.Əkbərov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tibbi müayinə zamanı onların heroin və marixuana istifadə etdikləri məlum olub.

Nəqliyyat vasitələrinə baxış zamanı müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana da aşkarlanıb. 

Toplanmış materiallar məhkəməyə göndərilib, araşdırmalar aparılır.

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
2
avtosfer.az

10Mənbələr