AZ

Azərbaycanda əmtəəlik neftin hasilatı azalıb, qaz isə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13.6 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0.5% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 9619 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 12 742.7 mln. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.7% azalıb, əmtəəlik qaz hasilatı isə 4.3% artıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, hesabat dövründə respublikada ümumi olaraq 9640.3 min ton neft və 16 665.7 mln. kubmetr qaz hasil olunub, bu da illik müqayisədə müvafiq olaraq 5.7% az və 3.2% çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
3
apa.az

4Mənbələr