AZ

 FİLMƏ ÇEVİRİLƏN YUXU -  ƏNTİQƏ KƏRİMZADƏ yazır

Mədəni iris zəngin bir xalq olaraq, filmlərimizin bir çoxunu  mükəmməl sənət nümunəsi saymaq olar. Çox maraqlı filmlərimiz var. Bunlardan biri də “Yuxu” filmidir. Ən maraqlısı da odur ki, bu kino bir məşhurun yuxusu əsasında çəkilib. Haqqında bəhs edəcəyimiz “Yuxu” filmi məhz belə ərsəyə gəlib:

Filmin çəkilməsinin ən başlıca səbəbkarı aktyor Şamil Süleymanovdur. Aktyor yuxusunda sevdiyi qızı qaçırdığını görür və bunu nənəsinə danışır. Nənəsinin onu yüngülcə döyməsindən sonra, Şamil Süleymanov yenə də “sakit dayanmır”. Bu hadisəni rejissora danışır və yuxu filmə çevrilir.

Çəkilişləri 1993-cü illərdə start götürən film 2001-ci ildə təhvil verilir. Buna ekran əsərinə pul ayıran şəxsin müflis olması səbəb olur.

Aktyor heyəti olduqca zəngin olan filmin baş rollarında Nəsibə Zeynalova, Səyavuş Aslan, Zərnigar Ağakişiyeva, İlham Qasımov, Yaşar Nuri, Ayan Mirqasımova, Bəhram Bağırzadə, Qorxmaz Əlili, Bəxtiyar Məmmədov və başqaları çəkiliblər.

Film bir-birini sevən iki gəncin məhəbbətindən bəhs edir. Əliabbas sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır... Və istədiyinə nail olur.

Filmin ekspromt çəkilən səhnələrindən biri isə Nəsibə Zeynalovanın nəvəsini qurtarmaq üçün polis bölməsinə gəlməsi olur.

Buzovna kəndində lentə alınan filmdə əslində, Yaşar Nuri Nəsibə Zeynalovanın qarşısını kəsməli idi. Lakin aktrisa deyir ki, Buzovnada heç kəs ağbirçək qadının qarşısını kəsə bilməz. Rejissor onunla razı olmasa da, Nəsibə Zeynalova öz bildiyini edir.

Və beləliklə uzun illərdən sonra ekrana çıxarılan film tamaşaçılar tərəfindən sevilir.


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
adalet.az

1Mənbələr