AZ

MLS-də oyun zamanı meydana yenot daxil olub

MLS-də

Bakı, 16 may, AZƏRTAC

MLS-də keçirilən “Filadelfiya” - “Nyu-York Siti” oyununda maraqlı hadisə yaşanıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, matç zamanı meydana yenot daxil olub. Hadisə birinci hissənin ortalarında baş verib. Üç dəqiqə yaşıl meydanda olan heyvan stadiondakı təhlükəsizlik işçilərinin köməyi sayəsində çıxarılıb. Bu səbəbdən görüş bir müddət dayandırılıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Nyu-York Siti” 20 xalla dördüncü, “Filadelfiya” isə 14 xalla doqquzuncu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
1
azertag.az

4Mənbələr