AZ

Arda Güler futbolda yeni trend başlatdı

style='margin-bottom:10px;'>

"Real"da aldığı oyun şanslarından yaxşı istifadə edən Arda Güler qol sevinci ilə gündəmə gəlib.

QOL.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi vurduğu qollardan sonra etdiyi sevinc hərəkəti ilə yeni trend yaradıb.

Ardanın qol sevincinə "Mançester Yunayted"in futbolçusu Amad Diallo da qatılıb. Diallo İngiltərə Premyer Lqasının 34-cü turunda "Nyukasl"la matçda (3:2) fərqlənib. 21 yaşlı yarımmüdafiəçi daha sonra Arda Gülerin qol sevincini təkrarlayıb. "Mançester Ynayted"in heyətində ilk dəfə qol vuran Diallonun bu hərəkəti qısa müddət ərzində sosial şəbəkədə gündəmə çevrilib. 

A.Güler isə qol sevinci ilə əlaqədar açıqlama verib. O, bu sözləri deyib: "Qol sevincim güvən anlayışına dayanır. Hər şeyin Allahdan gəldiyinə inanıram. Ardıcıl pis zədələr alsam da, çox çalışdığım halda hər şeyin yaxşı olacağına inanıram. Hər gün daha çox çalışıram. Qalan hər şeyi Allaha həvalə edirəm". 

Qeyd edək ki, Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Türkiyə millisinin üzvü Madrid təmsilçisinin heyətində 11 oyuna çıxıb, 4 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
15
teleqraf.com

10Mənbələr