AZ

QHT “Xankəndində quruculuq və bərpa” layihənin icrasına start verib

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndində quruculuq və bərpa”  adlı layihənin icrasına start verib. Bu barədə məlumatı ictimai birliyin sədri Xatirə xanım Vəliyeva  bildirib.

QHT.az xəbər verir ki, sədrin sözlərinə görə, layihənin əsas məqsədi işğaldan azad olunmuş Qarabağ torpaqlarına Böyük Qayıdış prosesinə dəstək olaraq Azərbaycan Respublikasının müxtəlif rayonlarında məskunlaşan keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına dəstək vermək, həmçinin Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri haqda geri dönəcək sakinləri məlumatlandırmaqdı.

Layihə çərçivəsində Respublikamızın müxtəlif rayonlarında məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərlə Böyük Qayıdışla bağlı maarifləndirici görüşlər keçiriləcək. Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri haqqında və Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərlə görüşlər əsasında iki ədəd video çarx hazırlanacaq. Hazırlanmış video çarxlar keçmiş məcburi köçkünlərimizin və eləcədə bütün ictimaiyyətin Böyük Qayıdış proqramı çərçivəsində görülmüş quruculuq və bərpa işləri haqqında maariflənməsinə səbəb olacaq. Bütün bu tədbirlər yekun olaraq Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına dönüşünü sürətləndirəcək və onların öz doğma yurdlarına adaptasiya olmalarına yardımçı olacaqdır.

Bu layihə Bakı şəhərinin Mərdəkan və Pirşağı qəsəbələrində, Gəncə, Mingəçevir şəhərlərində, Bərdə, Göyçay, Ağcabədi, Goranboy rayonlarında, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində kompakt yaşayan  Xankəndi şəhərinin keçmiş məcburi köçkünlərini əhatə edəcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
2
qht.az

3Mənbələr