AZ

Köçəryan və Sarkisyanın "qulaq"ları GÖRÜNÜR: Paşinyan cinayətkarları Azərbaycana verir? - AÇIQLAMA

Köçəryan və Sarkisyanın "qulaq"ları GÖRÜNÜR: Paşinyan cinayətkarları Azərbaycana verir? - AÇIQLAMA

Erməni jurnalist Natali Aleksanyan mətbuata açıqlamasında Robert Köçəryan və Serj Sarkisyanın tezliklə onların Bakı həbsxanasında separatçılar ilə qovuşacaqlarını bildirib. İndiyə qədər Xocalı faciəsi ilə bağlı nə qədər istintaq açıldı. Xocalı cinayətkarları interpola verilmələrinə baxmayaraq ələ keçiirlmədi. Bu gün onlar Azərbaycan məhkəməsi qarşısında cavab verməlidirlər. İrəvanda gedən aksiyalar və tərəfdarların sayına baxsaq, Nikol Paşinyanı dəstəkləyənlərin sayı az deyil. Bu baxımdan onun hakimiyyətdən uzaqlaşması real görünmür. Vaxtilə interpol Xocalı qatillərini Azərbaycana niyə vermədi? Bu gün Paşinyan hakimiyyətdə möhkəmlənmək üçün cinayətkar dəstəni Azərbaycana verıcık?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, zaman-zaman nəinki Bakı həbsxanasında olan separatçıların, eləcə də Robert Köçəryan, Serj Sarkisyanın Azərbaycan məhkəməsində cavab verməsi ilə bağlı məsələlər səsləndirilir. Bu ehtimallar var. Amma onların gerçəkləşməsi nə zaman olması barədə fikir bildirmək çətindir:

"Bu qatillər Azərbaycan məhkəməsi qarşısında cavab verməlidirlər. Etdikləri cinayət onu göstərir. Ohanyan daxil olmaqla onların hamısı cinayətkar dəstələrdir. Vaxtilə bu dəstələrin arxasında dayanan qüvvələr olmuşdu. Rusiya Federasiyası və Fransa kimi dövlətlərin onların arxasında dayanması bir həqiqətdir. Sadəcə onların doğurdan məhkəmə qarşısına çıxarılması və cəzalandırılması müəyyən proseslər ilə bağlıdır".

Siyasi şərhçinin sözlərinə görə, Proseslərin gedişi və verilən açıqlamalar onu göstərir ki, Paşinyan hakimiyyətdə qalarsa, öz mövqeyini gücləndirərsə, Ohanyan, Sarkisyan və Köçəryan məhkəmə qarşısında cavab verəcək. Ancaq bu daha çox Paşinyanın hakimiyyətdə qalıb qalmaması ilə bağlıdır:

"Sadəcə görünən odur ki, bütün bunların baş verməməsi üçün Paşinyan hökumətinə qarşı ciddi şəkildə Ermənistan daxilində və bəzi qüvvələr addımlar atır. Onlar Paşinyan hakimiyyətini devirməyə çalışır. Siyasi yaxud terror yolu ilə. Məsələ isə bundadır. Paşinyan hökuməti devrilməzsə, Sarkisyanlar və digərləri cavab verməli olacaqlar. Hələlik proseslərin belə bir istiqaməti daha güclənib. Amma bunun davam etməsi sual altındadır. Ümid edirik ki, Paşinyan hakimiyyəti devrilməz və onlar məhkəmə qarşısında layiq olduqları cavabı olacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
sonxeber.az

1Mənbələr