AZ

Rusiya və Çin Dəmir Yolları əməkdaşlıq müqaviləsi imzaladı – Detallar

Rusiya Dəmir Yolları Çin Dəmir Yolları ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Onun tərkib hissəsi kimi şirkətlər sərhəd keçidlərinin və konteyner daşımalarının inkişafı, o cümlədən elm, texnologiya və innovasiyalar sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. 

Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarının rəsmi Telegram kanalında məlumat yayılıb.

"Hərtərəfli strateji əməkdaşlıq haqqında saziş bu gün Pekində Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov və Çin Dəmir Yollarının rəhbəri Liu Zhenfanq tərəfindən imzalanıb", - məlumatda deyilir.

Şirkətlər iki ölkə arasında dəmir yolu sərhəd keçidlərinin və onlara yanaşmalar üzrə infrastrukturun inkişaf etdirilməsi, həmçinin Zabaykalsk-Mancuriya sərhəd-keçid məntəqəsində 1435 millimetrlik diametrli ikinci magistral yolun tikintisini sürətləndirmək barədə razılığa gəliblər. Saziş, həmçinin müntəzəm konteyner qatarları ilə poçt göndərişlərinin və yüklərin daşınmasının inkişafını, dondurulmuş ət və quş ətinin soyuducu konteynerlərdə daşınmasının artırılmasını və taxıl yüklərinin Zabaykalsk-Mancuriya sərhəd keçid məntəqəsi vasitəsilə Çinə ixracını, o cümlədən yüklərin Transbaykal taxıl terminalında yüklənməsini nəzərdə tutur.

“Sənəd elm, texnologiya və innovasiya sahəsində, eləcə də kadr hazırlığı sahəsində əməkdaşlığı nəzərdə tutur”, - holdinq əlavə edib.

Rusiya Dəmir Yolları Çinlə əlaqədə yük daşımalarının yüksək artım tempini qeyd edib. Təkcə 2024-cü ilin birinci rübündə dəmir yolu sərhəd-keçid məntəqələri və limanları ilə daşımaların ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artaraq 42,5 milyon tona çatıb. 

Nicat
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
valyuta.az

1Mənbələr