AZ

O, Baydeni Trampla debatdan çəkindirmək istədi

Konqresdəki Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi hazırkı Amerika lideri Co Baydeni keçmiş prezident Donald Trampla debatdan çəkindirmək istəyib.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə The Hill qəzeti məlumat yayıb.

“Mən özüm heç vaxt Donald Trampla səhnəyə çıxmağı tövsiyə etməzdim (…) Lakin prezident bunu etmək istədiyinə qərar verib. Düşünürəm ki, onun təklif etdiyi format yaxşıdır”, – deyə siyasətçi bildirib.

Pelosi həmçinin əlavə edib ki, o, 2016-cı ildə Hillari Klinton və 2020-ci ildə Baydenlə müzakirələr aparmış Trampla ictimai mübahisələrin yaranmasından qorxur. Onun fikrincə, Tramp tez-tez rəqiblərinin sözünü kəsməyə meyllidir və bununla da onlara təzyiq göstərir.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
medianews.az

1Mənbələr