AZ

Fiço aprel ayında sui-qəsd cəhdini proqnozlaşdırıbmış

Dünən sui-qəsdə məruz qalan Slovakiyanın baş naziri Robert Fiço hələ aprel ayında oxşar insidentin baş verəcəyi ehtimalından danışıbmış. News365.az xəbər verir ki, o bu barədə özünün Fcebook səhifəsində yazıb. Fiço demişdi ki, cəmiyyətdəki narazılıq və məyusluqlar dövlətin yüksək vəzifəli şəxsləri üçün dəhşətli nəticələrə gətirib çıxara bilər.

"Hökumətin siyasətçiləri küçələrdə nalayiq şəkildə lənətlənirlər. Mən sadəcə olaraq, intensiv şəkildə dərinləşən bu məyusluğun ilk hökumət siyasətçilərindən birinin öldürülməsi ilə nəticələnməsini gözləyirəm", - o yazıb.

Xatırladaq ki, dünən Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma olub. Məlumata görə, Robert Fitso atışma zamanı yaralanıb. Qeyd edək ki, atəş açanın artıq saxlanıldığı bildirilir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
news365.az

1Mənbələr