AZ

Maliyyə Monitorinq Xidməti: "Azərbaycanın maliyyə sektorunun yeni alətləri cox ciddi risk təhlilindən keçirilməlidir"

Azərbaycanın maliyyə sektorunun yeni alətləri, istər ödəniş təşkilatı olsun, istərsə də elektron pul təşkilatı cox ciddi risk təhlilindən keçirilməlidir.

"Report" xəbər verir ki, bunu Maliyyə Monitorinq Xidmətinin nəzarət və hüquq-mühafizə orqanları ilə iş üzrə departamentinin direktoru Nurlan Babayev Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, tənzimləmə ilə bağlı məsələlərə gəldikdə isə həm elektron pul təşkilatları, həm də elektron pul təşkilatları çox spesifik təşkilatlardır:

"Onlar innovasiyada öncü oldular. Bütün innovativ həlləri ilk olaraq onlar təqdim edirlər. Ancaq xüsusiyətləri ilə əlaqədar böyük risklərə məruz qalırlar. Eyni zamanda da ənənəvi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (AML/CFT) standartlarına sığmırlar. Deməli yeni həllər lazımdır. Bazarın özü digital transformasiyaya məruz qalıbsa, AML/CFT standartları, eləcə də digər tənzimləmə alətləri də digital transformasiyaya məruz qalmalıdır."

N. Babayev qeyd edib ki, hazırda Azərbaycanın maliyyə sektoru digital transformasiyada bir addım geridədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
report.az

4Mənbələr