AZ

Ukraynalı idmançı Türkiyə vətəndaşı oldu

Müharibə ilə əlaqədar atası ilə Ukraynadan gələrək Türkiyənin Ədirnə şəhərində məskunlaşan ukraynalı üzgüçü Aleksia milli komandada üzmək üçün Türkiyə vətəndaşı olub.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Qeyd olunub ki, Ukraynanın Donetsk şəhərinə işləməyə gedən Atıl Yılmaz və keçmiş üzgüçü Yulya Yançevskaya 2003-cü ildə ailə həyatı qurub. Cütlüyün 2006-cı ildə Aleksia adını qoyduqları qızı dünyaya gəlib.

Anasının təşəbbüsləri ilə üzgüçülüklə məşğul olan və idmanda uğur qazanan Aleksia Rusiya-Ukrayna arasındakı müharibədən sonra atası ilə birlikdə Ədirnəyə köçüb.

Müharibə ilə əlaqədar qısa fasilə verdikdən sonra məşqlərə başlayan idmançının atası Atıl Yılmaz qızının Türkiyə vətəndaşı olaraq millidə yer alması üçün prosedurlara başlayıb.

Ukraynadan gələn sənədlərin gecikməsi səbəbindən 2 ilə yaxın səylər nəticəsində Aleksia Türkiyə Respublikası vətəndaşı olub. Milli komandada üzmək arzusunda olan Aleksia vətəndaşlıq məsələsinin həlli ilə bu hədəfinə bir addım da yaxınlaşıb.

Aleksia Türkiyə çempionatını, daha sonra 2028-ci il Olimpiadasını hədəflədiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
baku.ws

1Mənbələr