AZ

Su qıtlığı ölkələr arasında fikir ayrılıqlarına səbəb ola bilər - FAO

Bakı. Trend:

Su ehtiyatlarının çatışmazlığı səbəbindən rəqabətin artmasıölkələr arasında fikir ayrılıqlarının mənbəyi ola bilər.

Trend xəbərverir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) eksperti Aynur Seyidyusif ADA Universitetində keçirilənİqlim-Su Zirvəsində deyib.

Onun sözlərinə görə, su qıtlığı məişət istehlakı, kəndtəsərrüfatı və sənaye kimi müxtəlif sahələrə mənfi təsirgöstərir.

“Son illərdə su qıtlığı mövzusu fəal şəkildə müzakirə olunur vəsu ehtiyatları iqlim dəyişmələri kontekstində mühüm rol oynamağadavam edir. Vaxtında görülən tədbirlər su ehtiyatlarınınazalmasının qarşısını almaq üçün mühüm əhəmiyyət kəsb edir", - deyəekspert bildirib.

O qeyd edib ki, bu sahədə ölkə daxilində və beynəlxalq səviyyədəölkələr arasında su ehtiyatlarının idarə olunması üzrə diplomatikvə texniki müzakirələr vasitəsilə iki istiqamətdə iş görülür.

"Bu səylər su ehtiyatlarının qorunub saxlanmasında və artmasındamühüm rol oynayacaq. Kənd təsərrüfatının dünyada ən intensiv suistehlakçılarından biri olduğunu nəzərə alsaq, suyun yenitexnologiya və innovasiyaları tətbiq etməklə daha rasionalistifadəsi FAO-nun fəaliyyətində öz əksini tapıb", - deyə AynurSeyidyusif əlavə edib.

Qeyd edək ki, ADA universitetində İqlim-Su Zirvəsikeçirilib.

Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar vəözəl sektordan ekspertləri iştirak ediblər.

Çıxış edənlər arasında Ekologiya və Təbii SərvətlərNazirliyinin, ADA Universitetinin, BMT-nin Ərzaq və KəndTəsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Azərbaycandakı RezidentƏlaqələndiricisinin Ofisinin nümayəndələri, eləcə COP29 AzərbaycanƏməliyyat Şirkətinin İdarə Heyətinin sədri baş icraçı direktoru,Türkiyənin Dayanıqlı Gələcəyi üzrə Komissiyanın sədri və "Aqualink"şirkətinin icraçı direktoru olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
az.trend.az

1Mənbələr