AZ

İxtisas seçiminə hansı abituriyentlər buraxılmayacaq? - ŞƏRTLƏR

Bu il ali məktəbələrə qəbul imtahanının birinci mərhələsi -  buraxılış imtahanları üzrə 140 mindən çox abituriyent qeydiyyatdan keçib. Bununla yanaşı, qrup (blok) imtahanlarında iştirak edəcək abituriyentlərin sayı 85 170 nəfərdir.

 

Abituriyentləri maraqlandıran suallardan biri də ixtisas seçiminə buraxılmaq üçün hansı şərtləri ödəməli olduqları barədədir.

 

AzEdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, keçən il ilə müqayisədə blok (l-lV qrup) imtahanlarında iştirak edənlərin sayında artım müşahidə olunur:

 

“Eləcə də 11 illikdən kollecə müraciət etmək üçün qeydiyyatdan keçənlərin sayı da 98120 nəfərdir. Ümumilikdə 5 ixtisas qrupu üzrə 100 000-dən çox abituriyent buraxılış imtahanlarında iştrak edərək imtahanın ikinci mərhələsinin nəticəsinə görə müsabiqədə mübarizə aparacaq. Dövlətin 5 ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə plan yeri 60 000 ətrafında ehtimal olunur. Bunu diqqətə alaraq deyə bilərik ki, 40 000 ətrafında abituriyentin ali təhsil müəssisələrinə qəbul olunmama ehtimalı var”.

 

Təhsil ekspertinin sözlərinə görə blok (qrup) imtahanından 50 balı keçməyən abituriyentlər ixtisas seçiminə buraxılmır:

 

“Ümumi nəticəsi 150 baldan az olan abituriyentlər, dövlət dili (Azərbaycan dili) imtahanından ümumi nəticənin 50 faizini əldə edə bilməyənlər, eləcə də 5-ci ixtisas qrupunu seçdiyi halda qabiliyyət tələb edən ixtisasların qabiliyyət imtahanından qeyri-məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılmır.

 

Bununla yanaşı qrup (blok) imtahanında 50-99 bal arasında nəticə göstərən abituriyentlər ixtisas qrupu üzrə bəzi məhdud ixtisaslara müraciət etməklə ixtisas seçiminə buraxılacaqlar”.

 

Ramin Nurəliyev vurğulayıb ki,  l-lV qrup  abituriyentlərə qrup (blok) imtahanına ciddi hazırlaşsınlar:

 

“Buraxılış imtahanı nəticəsinə görə 11 illikdən kollecə müraciət edən abituriyentlər üçün də 60 bal məhdudiyyəti, o cümlədən, Azərbaycan dili və riyaziyyat fənləri üzrə də 10 bal məhdudiyyəti tətbiq olunur. Sadəcə Xeoqrafiya sənəti üzrə 30 bal məhdudiyyəti vardır.Bununla yanaşı bəzi subbakalavr ixtisasları üzrə ixtisas seçiminə buraxılanların da qəbul olmama risqi var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
azedu.az

1Mənbələr