AZ

Azərbaycanda biznes mühiti və beynəlxalq reytinqlərlə bağlı portal təqdim edildi

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanınfəaliyyəti və azranking.az internet portalının təqdimatıkeçirilib.

Trend xəbər verir ki, bu gün Biznes mühiti və beynəlxalqreytinqlər üzrə Komissiyanın Katibliyi Komissiyanın fəaliyyəti vəAzranking.az internet portalının imkanları barədə medianümayəndələri üçün məlumatlandırma tədbiri keçirib.

Tədbirdə Komissiyanın fəaliyyəti, Komissiya çərçivəsində biznesmühitinin əlverişliliyinin artırılması istiqamətində hazırlananislahat təşəbbüsləri barədə geniş məlumatlar verilib. Komissiyanınişçi qruplarının fəaliyyətinin təşkili, o cümlədən, 2024-cü il üzrətəsdiq olunan yol xəritələri və fəaliyyət planları barədə məlumattəqdim edilib.

Tədbirdə, həmçinin, Komissiyanın azranking.az internet portalınınfunksional imkanları və innovativ alətləri barədə təqdimatkeçirilərək, iqtisadi təşəbbüslərin hazırlanmasında özəl sektorunaktiv iştirakı üçün əlverişli şəraitin yaradıldığı bildirilib.“E-iştirakçılıq”, “Online müraciət”, “Rəqəmsal təqvim”platformaları, “Bençmarkinq” sistemi vasitəsilə maraqlı tərəflərin,o cümlədən sahibkarların və ictimaiyyət nümayəndələrinin hazırlananislahat təşəbbüsləri barədə öz təkliflərini təqdim etmək,müzakirələrdə iştirak etmək imkanlarının olduğu vurğulanıb. Bu cürplatformaların cəmiyyətin islahat təşəbbüslərinin hazırlanmasıprosesində şəffaf və çevik iştirakına imkan yaratdığıbildirilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
4
az.trend.az

7Mənbələr