AZ

10 saat davam edən əməliyyatla pasiyentin ayaq barmağı əlinə köçürülüb

Türkiyədə bir fabrikin Ekstruziya şöbəsində qablaşdırıcı işləyən Tarık Kuzu 2022-ci ilin noyabrında, 25 yaşında olarkən iş qəzası keçirib. O, ventilyasiya filtrinə kiçik bir plastik parçasının ilişdiyini görüb, onu çıxarmaq istəyərkən əlini maşının içinə salıb və barmaqlarını itirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, T.Kuzu mikrocərrahiyyə üsulu ilə cəmi 12 əməliyyat keçirib. Onun dizindən bir parça götürülüb və əlinə əlavə edilib. Həkimlər onun ayağın baş barmağının yanındakı ikinci barmağı baş barmaq kimi əlinə keçiriblər.

 

"Hazırda baş barmağım, şəhadət barmağım və çeçələ barmağım var. Orta və ya üzük barmağım yoxdur. 2 barmağımda dərimə uyğun protezlər var, baxacam. Onları nümayiş məqsədləri üçün geyinəcəyəm. Hazırda baş barmağımı hərəkət etdirə bilirəm və bu məni xoşbəxt edir", -deyə T.Kuzu bildirib.

 

Qeyd edək ki, əməliyyat Anadolu Sağlamlıq Mərkəzi Xəstəxanası Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə mütəxəssisi Serdar Düzgün tərəfindən aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
aztibb.az

1Mənbələr