AZ

İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, hökumət başçısı səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək. Tərəflər daha sonra mətbuata birgə açıqlama verəcəklər.

Gürcüstan Baş nazirini səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İliya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari və digər hökumət nümayəndələri müşayiət edir.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
cebheinfo.az

4Mənbələr