AZ

"Birbaşa Bakı"nın prezidenti: Bizim uğurumuzu təkrarlamaq çox çətin olacaq

Ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olduq. Düşünürəm ki, bunu təkrarlamaq çox çətin olacaq. Amma biz növbəti il dördüncü dəfə bunu bacarmağa çalışacağıq.

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan çempionu olan "Birbaşa Bakı"nın prezidenti və təsisçisi İlkin Qəribli deyib.

Funksioner titula sahib çıxmağın gözəl hiss olduğunu bildirib: "Turnir ildən-ilə güclənir, yarışın səviyyəsi artır. Çempionata daha çox oyunçular, güclü futbolçular qoşulur".

Klub rəhbəri mövsümə yaxşı başlamadıqlarını xatırladıb: "Fiziki cəhətdən kifayət qədər hazırlıqlı deyildik. Bunun səbəbləri də var idi. Amma əsas olan mövsümü necə başa vurmaqdır. Pley-offa yüksək səviyyədə hazırlaşdıq. Əməyi keçən hər kəsə, futbolçulara və məşqçilərə təşəkkür edirəm".

O, finalda məğlub etdikləri (5:2) "Aznur”un yaxşı kollektiv olduğunu söyləyib: "Kapitanımız onların etdikləri transferləri görəndə təhlükəli ola biləcəklərini söyləmişdi. Bəli, bu rəqibi finalda görmək sürpriz oldu. Lakin buna tam layiq idilər. Baş məşqçiləri həmişə istənilən komandanı təəccübləndirə bilər".

İlkin Qəribli növbəti mövsüm Çempionlar Liqasında uğurlu çıxış etmək istədiklərini deyib: "Yəqin ki, azarkeşlər ötənilki turnirə baxıblar. Oyunçularımız yaxşı futbol sərgilədilər. Sadəcə, bəzi şeylərdə bir az bəxtimiz gətirmədi".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
report.az

1Mənbələr