AZ

FransaXXIəsrdə hələ də bu kolonialist siyasəti davam etdirir-Tural İsmayılov- ÖZƏL

"Fransa Yeni Kaledoniyada ümumiyyətlə, böyük bir dövlət ayıbına imza atır. Əslində məntiqsiz bir şeydir ki, Avropada olan bir ölkə coğrafi sərhədlərinə daxil olmayan okean adasında hansısa koloniya saxlamağa çalışır. Beynəlxalq hüququn, beynəlxalq birliyin Kaledoniyanın azadlıq və istiqlal mübarizəsinə dəstək vermək kimi bir öhdəliyi var". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki çağdaş dövrdə xalqların öz müqəddəratını təyin etmək hüquqlarının ən doğru olmalı olduğu yer Kaledoniya, Korsika və Dənizaşırı adalarıdır. Təəssüflər olsun ki, Fransa 21-ci əsrdə hələ də bu kolonialist siyasəti davam etdirir və Azərbaycandan başqa dünyada heç kim Yeni Kaledoniyanın azadlıq, istiqlal mübarizəsinə dəstək olmur. Eyni zamanda, Kaledoniyada baş verən hadisələr bir neçə ay əvvəl Korsikadakı azadlıq və İstiqlal mücadiləsini  gündəmə gətirmiş oldu. Hər halda bu gün Makronun öz azadlığını istəyən adalılara qarşı aqressiv siyasəti, Fransanın Kaledoniyaya ordu göndərməsi, həmçinin buraya helikopterlərlə və əsgər heyəti ilə hücum etməyi, Fransanın Əlcəzair soyqırımından dərs çıxartmadığını və çağdaş dövrdə də elə bu kolonialist siyasəti davam etdirərkən, həm də bu tip qəbuledilməz istismarçı, istilaçı siyasətə sadiq qaldığını göstərir. Bu gün kaledoniyalıların azadlıq və istiqlal mübarizəsinə əli silahlı orduyla qarşılıq verən Makron hakimiyyətinə Olimpiya oyunlarını  təhvil vermək özü   hesab edirəm ki, utanc və ayıbdır. Dünya birliyi bu məsələdə kəskin addım atmalıdır. Olimpiya oyunları, Olimpiya məşəli Kaledoniyada, Korsikada və başqa adalarda azadlıq mübarizəsinə qarşı silahlı əsgərlərlə çıxan Fransada keçirilməməlidir. Hər halda dünyadan ədalət gözləyə bilmərik, amma bu məsələni beynəlxalq kluarlarda qaldırmağa davam etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
olaylar.az

1Mənbələr