AZ

COVID-19 ilə mübarizə üçün ən sadə üsul

Alimlər analiz apararaq COVID-19-la mübarizə üçün ən yaxşı çay növünü müəyyənləşdiriblər.

Aztibb.az “Handynews” portalına istinadən xəbər verir ki, koronavirus mövsümi bir xəstəliyə çevrildiyindən aradan qalxmadı. Bu səbəbdən alimlər bu xəstəlikdən qorunmaq üçün sadə üsullar axtarırlar.

Corciya Universitetinin alimləri müəyyən ediblər ki, bəzi çay növləri SARS-CoV-2-nin orqanizmə nüfuz etməsinə effektiv müqavimət göstərir. Məlum olub ki, qara çayla qarqara ağız boşluğunda koronavirusu 99% təsirsizləşdirir.

Tədqiqatçılar onu da vurğulayıblar ki, qarqara həm də nazofarenksdə çoxaldığı üçün xəstəlikdən qorunmaqda kifayət etmir. Bununla belə, bu cür tədbirlər yoluxucu agentin konsentrasiyasını azalda bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
aztibb.az

1Mənbələr