AZ

Bu komanda Azərbaycanla oyuna yeni baş məşqçi ilə çıxacaq

Millətlər Liqasının C1 qrupunun qarşıdakı oyunlarında Azərbaycan yığmasının rəqibi olan Estoniya yığması yeni baş məşqçi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Estoniya millisində isveçrəli Tomas Xeberlini postundan ayrılacaq.

Onu kimin əvəzləyəcəyi də dəqiqləşib. Belə ki, Estoniya millisi yerli mütəxəssis Yurgen Hennə tapşırılacaq.

Təyinatın iyunda reallaşacağı gözlənilir. Xatırladaq ki, Azərbaycan və Estoniya yığmaları arasında görüşlər oktyabrın 11-də və noyabrın 16-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
sportal.az

1Mənbələr