AZ

Dünyada peyk tutumu sürətlə böyüyəcək-Fuad Aslanov

Dünyada peyk tutumu sürətlə böyüyəcək. Bunu "Azercosmos”un sədr müavini Fuad Aslanov deyib.

"Hazırda peyk bazarı 20 milyard civarındadır. Bu proses sürətlə artacaq. Peyklərim sayı artır. İndi daha kiçik istehsal olunan peyklərə tələb olacaq. Azərkosmos hazırda 50 ölkəyə xidmət göstərir. 2 telekomunikasiya idarə edirik. Bölgədə peyk idarə edən yeganə şirkətik",- Aslanov "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Artan bağlantı ehtiyacları üçün telekommunikasiya arxitekturasındakı irəliləyişlərin araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.

Aslanov bildirib ki, fövqəladə vəziyyətlərin xəbərdarlığı üçün sistemin yaradılmasına ehtiyac var.

Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
anews.az

1Mənbələr