AZ

Kanadada 6600 adam təxliyə edildi

Qərbi Kanada bölgəsində baş verən meşə yanğınları səbəbindən 6600 nəfərin təxliyyə qərarı verilib.

Tribunainfo.az TrT Haber-ə istinadən xəbər verir ki, qərbi Kanada bölgəsindəki Alberta əyalətində yayılan meşə yanğınları səbəbilə 6600 nəfərin təxliyyə qərarı verilib.

Wood Buffalo Regional Bələdiyyəsi tərəfindən “yerli fövqəladə vəziyyət” elan edildikdən sonra evakuasiya əmri verildi.

Bildirilib ki, sürətlə yayılan meşə yanğınları səbəbindən yerli və magistral yollar avtomobillərlə dolu olub.

Alberta ştatında yanğının 209 kvadrat kilometrlik ərazidə davam etdiyi bildirilib.

Rəsmilər ölkə üzrə 134 aktiv yanğının olduğunu açıqlayıb və 43 yanğının nəzarətdən çıxdığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
2
tribunainfo.az

4Mənbələr