AZ

"TAİB-in türk dünyası ilə əlaqələri daha da genişlənir"

" Türk Ağsaqqalları Birliyinin həyata keçirdiyi layihələr dövlətə dəstək verməklə yanaşı, türk birliyinin inkişafına da töhfələr vermək məramından irəli gəli".


Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında #TAİB-in sədr müavini Eyvaz Hünbətov deyib.


Möhtərəm prezidentimizin türk dünyası ilə bağlı fikirlərinə toxunan sədr müavini böyük coğrafiyadakı Türk dövlətlərinin potensialı haqqındakı düşüncələrini bölüşüb.


"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qətiyyəti  mövqeyi türk dünyasının ümidini bir az da alovlandırır: Cənab prezidebtin çıxışları bizim fəaliyyətimizin də istiqamətinin müəyyənləşməsində mühüm rol oynayır. "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da  addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində  səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir.Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” . Bəli, biz də Türk Ağsaqqallar İctimai Birliyi-TAİB olaraq bu ideologiyanın inkişafına dəstək olmaq üçün əlimizdən gələni edəcək, türk dünyası ilə ictimai müstəvidə əlaqələrin inkişafı yönündə daha uğurlu işlərə imza atacağıq"- deyə E. Hünbətov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
missiya.az

10Mənbələr