AZ

DİN rəhbəri: Slovakiya vətəndaş müharibəsinin astanasındadır

“Ölkəmiz vətəndaş müharibəsinin astanasındadır”.

APA-nın məlumatına görə, bunu Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, istənilən bir dövlətin Baş nazirinə edilən sui-qəsd həmin ölkədə demokratiyaya qarşı yönəlmiş təhlükədir.

Nazirin fikrincə, demokratik prinsiplərə sadiq bir dövlətdə mövcud hakimiyyətə münasibət silah deyil, seçki yolu ilə ifadə olunmalıdır.

Nazir vurğulayıb ki, qarşıda dayanan öncül tapşırıq bu hadisəni törədənlərin tapılaraq məsuliyyətə cəlb edilməsi, siyasi nifrət üsulunun aradan qaldırılması və ölkədə təhlükəsizliyin daha etibarlı təminatı üçün tədbirlərin görülməsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
3
apa.az

4Mənbələr