AZ

OnlarAzərbaycandan yox, özlərindən incisinlər-Tofiq Abbasov- ÖZƏL

"Müasir insan dedikdə ki, dünya dəyişilir, deyəsən bəzi qüvvələr, bəzi dairələr onu düzgün anlamırlar. Baxın, Azərbaycan özünün haqq işində silaha əl atdı. Baxmayaraq ki, biz dəfələrlə Ermənistanı sülhə çağırdıq, onlara təkliflər verdik ki, gəlin kompromislər  ətrafında orta məxrəc tapaq və sair". 

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında bildirib:

"Bunlar heç biri işləmədi. Ona görə Azərbaycanın yeganə çıxış yolu silahla öz əzəli torpaqlarını azad etmək və bölgədə həqiqəti, ədaləti   qüvvəyə mindirmək idi. Biz bunu bacardıq. Fransa isə bizə nə deyirdi? Deyirdi ki, silahlı yol, yəni Qarabağ məsələsinin hərbi həlli yolu yoxdur. İndi biz nəyin şahidi oluruq?  Kaledoniya xalqı öz azadlığı uğrunda artıq mücadiləyə qalxıb. Necə olur ki, o haqq işində öz mübarizəsini başlayır,  Fransa isə buna aqressiv tərzdə, ora qoşun göndərməklə cavab verir? Bunu necə anlamaq olar? Yəni dəfələrlə Fransanın başına bu iş gəlib və onlar nəticə çıxarmırlar ki, istər- istəməz kaledoniyalılar öz azadlıqlarını, öz suverenliklərini qazanacaqlar. Fransa orda nə qədər silah-sursat, güc tətbiq etsə də, bu yolun axırı yoxdur. O yerli əhali qalib gələcək, zəfər çalacaq. Görün bu super güclər, fövqəl qüvvələr nə dərəcədə riyakar və saxtakardırlar. Başqalarına haqq işində nəyisə rəva bilmirlər, amma özləri qeyri-qanuni işdə başqalarının haqqını tapdamaqda hətta silahlı yola belə belə qədəm qoyurlar.
 Əlbəttə, bu, bir daha onu göstərir ki, Azərbaycan dövlətinin bu məsələlərə yanaşması, münasibəti son dərəcə sağlam, şəffafdır. Bilirsiniz ki, BMT- də Bakı Təşəbbüs Qrupu adlı bir   qüvvə var. Onun səsi daim eşidilir. O, məhz haqqı əzilmiş, tapdanmış, xalqların, toplumların mücadiləsinə dəstək vermək niyyəti ilə beynəlxalq səviyyədə belə bir təşəbbüsü həyata keçirir. Əlbəttə ki, bu, rəsmi Parisdə,  Fransanın digər qüvvələrində qıcıq doğurur. Amma onlar gərək Azərbaycandan yox, özlərindən incisinlər, çünki faktiki olaraq onlar qeyri-qanuni yola qədəm qoyur, digər xalqları əzməyə, onların səsini boğmağa çalışırlar. Amma bu işin axırı yoxdur. Çünki artıq Kaledoniya xalqı da milli oyanış dövrünü yaşayır. Əlbəttə ki, Azərbaycan bu prosesdə birmənalı şəkildə o məzlum xalqın tərəfində olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
olaylar.az

1Mənbələr