AZ

“HUAWEI” MateBook D16 - Notbuklar dünyasında inqilabi yeniliklə qarşınızda!

Ümumi məlumat 

Sürətli texnoloji inkişaf dövründə “HUAWEI” öz yeni həll yolları ilə bizləri təəccübləndirməkdə davam edir. Yeni “MateBook notbuk seriyası bu innovasiyanın parlaq nümunəsidir. Təzə dizayn, yüksək performans və geniş funksiyalar toplusuna malik “MateBook D16-nı müasir notbuk dünyasında effektivliyin nümunəsidir. Gəlin birlikdə bu modeli digər notbuklardan fərqləndirən detallarla daha ətraflı tanış olaq. Bu model müasir istifadəçinin tələblərinə nəinki uyğunlaşır, hətta onları üstələyir. Onun zərif dizaynından mükəmməl performansına qədər bu cihazın hər bir aspekti istifadəçinin optimal tələblərini təmin etmək üçün kəskin şəkildə düşünülmüşdür.

Detallardakı gözəllik: 16 düymlük “HUAWEI” FullView ekran

16 düym çərçivəsiz “HUAWEI” FullView ekranla təchiz edilmiş “HUAWEI” MateBook D16 yeni texnologiyaların və müasir dizaynın təcəssümüdür. Yüksək parlaqlıq və kontrastlıq səviyyəsi, həmçinin geniş baxış bucağına malik bu ekran hər cür işıqlandırma şəraitində ideal görüntünü təmin edir. 

Yüksəkkeyfiyyətli filmlərin baxışı, fotoların redaktə olunması və ya çoxsəhifəli sənədlərlə iş zamanı “HUAWEI” MateBook D16 ekranındakı hər piksel, şəklin aydınlığı və dəqiqliyini qarantiya altına alaraq yaradıcılıq potensialını gücləndirir və görülən işdən zövq almağı təmin edir. 

“HUAWEI” mühəndisləri iri 16-dyümlük ekranı, adətən 15,6 dyümlük modellər üçün nəzərdə tutulan kompakt korpusda yerləşdirməyi mümkün etdilər. Bu, cihazın yüngüllüyünü və mobil özəlliklərini qoruyarkən baxış rahatlığını təmin edir. Ekranın 1920x1200 (16:10) ölçüsü, adi 1920x1080 (16:9) ölçülü ekran ilə müqayisədə piksel sayını 11,1% artırır ki, bu da şəklin vizual olaraq istifadəçi tərəfindən daha da detallı görünüşünü təmin edir. 

Yeni nəsil “HUAWEI” MateBook D16 notbuklarında ekranın 180°-ə qədər açılma funksiyası həyata keçirilib. Bu yenilik ekranı tam açıb masanın üzərinə rahat yerləşdirərək üzərindəki məlumatları həmkarlarınızla bölüşmənizə imkan yaradır. 

Cihazın beyni: güclü 13-cü nəsil Intel® Core™ i9 prosessoru 

Ən yeni 13-cü nəsil Intel® Core™ i9 prosessoru hesablama texnologiyaları sahəsinin ən yüksək zirvəsidir. 14 nüvə və 20 məlumat keçiriciliyinə malik bu prosessor mürəkkəb multimediya layihələrindən başlayaraq elmi hesablamalara qədər ağır tələbləri yerinə yetirəcək gücə malikdir. 

MateBook D16 notbukuna Intel® Iris® Xe qrafik prosessoru inteqrasiya edilmişdir. LPDDR4x RAM iki kanallı yaddaş ilə birlikdə həm yüksək qrafika performansını təmin edir, həm də yüksək resurs tələb edən proqram və oyunları problemsiz istifadə edə bilir.

Sürətli və etibarlı yaddaş: NVMe PCIe SSD yaddaş qurğusu

“HUAWEI” MateBook D seriyasının bütün notbuk modelləri sürətli NVMe PCIe SSD yaddaş qurğusu ilə təchiz olunmuşdur. Bu tip yaddaş qurğusu proqlamların və oyunların yüklənmə sürətini əhəmiyyətli dərəcədə artırır və daha effektiv və tez işləməyi təmin edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
qafqazinfo.az

1Mənbələr