AZ

Netanyahu: "Yarım milyon insan Rəfahdan təxliyə edildi"

Yarım milyon dinc sakinin Rəfahdan təxliyyə edildiyini bildirən İsrail Baş naziri Binyamin Netanyahu əsas məqsədin HƏMAS məğlub etmək olduğunu və buna nail olduqdan sonra Qəzzada İsraili təhdid edən bir elementin qalmayacağını bildirib.

Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu dünən axşam verdiyi açıqlamada yarım milyon dinc sakinin Rəfahdan təxliyə edildiyini bildirib.

Yarım milyon dinc sakinin təxliyyə edilməsinin narahatlıq doğuran heç bir fəlakətə səbəb olmayacağını bildirən Netanyahu, “Qüvvələrimiz Qəzza zolağının hər yerində, Cəbəliyyə, Zeytun və Rəfahda döyüşür. Biz bunu hətta mülki əhalinin təxliyəsi zamanı belə edirik və onların humanitar ehtiyaclarını ödəmək öhdəliyimizi yerinə yetiririk. Son səylərimiz öz bəhrəsini verir. Hazırda Rafahda yarım milyona yaxın insan münaqişə zonalarından təxliyə edilib. “Sözügedən humanitar fəlakət baş verməyib və olmayacaq.

Netanyahu həmçinin bildirib ki, HƏMAS Qəzzadan çəkilməsə, hərbi qələbədən başqa alternativ yoxdur . “HƏMAS-ın Qəzzəyə hərbi nəzarət etmədiyi aydın olana qədər, heç kim öz həyatlarından qorxaraq Qəzzada mülki idarəçiliyi öz üzərinə götürməyə hazır olmayacaq”, o, bəyanatında bildirib. “Ona görə də, “ertəsi gün” haqqında bütün söhbətlər HƏMAS olduğu kimi qaldığı müddətcə məzmunsuz sözlər olaraq qalacaq”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
41
turkustan.az

10Mənbələr