AZ

Naxçıvan Arxitektura və Tikinti Komitəsinin sabiq rəisinin məhkəməsi başlayıb

Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin sabiq rəisi Hicran Rüstəmovun məhkəməsi başlayıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Təqsirləndirilən şəxsin əvvəlki vəkilləri məhkəməyə gəlmədiklərinə görə (imtina etdiklərinə) ona dövlət hesabına yeni vəkil təyin edilib.

Müdafiə tərəfi, vəkil Vüsal Həsənov indiki mərhələdə hər hansı vəsatət qaldırmayıb. Prokuror Anar Məmmədov cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Hakimlər heyətinin qərarına əsasən prokurorun vəsatəti təmin edilib.

İlk baxış iclası mayın 30-na təyin edilib.

Qeyd edək ki, sabiq komitə sədri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib. Hicran Rüstəmov öz qulluq mövqeyindən istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
10
apa.az

10Mənbələr