AZ

Avropa çempionatına qatılacaq bədii gimnastlarımız bəlli olub - HEYƏT

Bakı. Trend:

Budapeştdə bədii gimnastika üzrə keçiriləcək Avropaçempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlliolub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, mayın 22-26-da baş tutacaq yarışın fərdimübarizəsində Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalovaçıxış edəcək.

Milli komandamızı çempionatda qrup hərəkətləri yarışında isəLəman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, GüllüAğalarzadə, Kamilla Əliyeva və Darya Sorokina təmsil edəcəklər.

Yeniyetmələrin yarışında Azərbaycan gimnastları Gövhərİbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlıxalça üzərinə çıxacaq.

Avropa çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaxarakteri daşıyacaq.

Yarışda ümumilikdə 302 idmançı çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
2
az.trend.az

10Mənbələr