AZ

Uzun ömrün sirri qara sarımsaqdır

 

Ağ sarımsaq və onun faydaları haqqında hamımız bilirik, lakin qara sarımsaqla tanış olmayan, hətta eşitməmiş çox insan var. 


Missiya.Az xəbər verir ki, qara dişləri və bir çox faydası olan bu qida Koreya və Çində uzun ömrün sirri kimi tanınır.


Xüsusilə Uzaq Şərq ölkələrinin mətbəxlərində tez-tez istifadə edilən və məşhur olan qara sarımsaq ölkəmizdə də istifadə olunur.


45 ilə 60 gün arasında müəyyən rütubət və temperaturda saxlanılaraq nəzarətli şəkildə qurudularaq əldə edilən bu sarımsağın ən əhəmiyyətli xüsusiyyəti qoxusuz olmasıdır. Qara sarımsaq müəyyən rütubət və temperaturda ağ sarımsağın qurudulması ilə əldə edilir. Bu proseslər nəticəsində dişlərinizin rəngi qara olur və tərkibindəki faydalı maddələrin miqdarı artır. 


Mütəxəssislər qeyd edirlər ki, tərkibində B1, B6, C vitamini, kalsium, fosfor, manqan və kükürd var. Həmçinin antiseptik, antioksidant və antibakterial komponentlərlə zəngindir.


Antioksidant xüsusiyyətləri ilə xərçəngə qarşı əhəmiyyətli qoruma təmin edir. 


Mövsümi keçidlərdə xəstələnməmək üçün immun sistemimizi gücləndirən qidalara ehtiyacımız var ki, qara sarımsaq bu xüsusiyyəti ilə imdadımıza çatan qidalar arasındadır. 


Qara sarımsaq xərçəngdən qoruyur və müalicəsində kömək edir. Qanı təmizləyir. Qaraciyər və böyrəyi zəhərli maddələrin təsirindən qoruyur. Ürək və damarlar üçün çox faydalıdır. Qan təzyiqini tənzimləyir. İmmun sistemini gücləndirir. Soyuqdəymə zamanı effektivdir. 


Bir sözlə, min bir dərdin dərmanı hesab olunur.


Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
46
missiya.az

10Mənbələr