AZ

Paşinyanın yeni OYUNLARI nəyə hesablanıb?-” Müharibə həddinə keçmək ehtimalları belə böyükdür”- ŞƏRH

“Aİ və Rusiya arasında mövcud siyasi və iqtisadi durum geosiyasi qarşıdurma səviyyəsindədir, hətta müharibə həddinə keçmək ehtimalları belə böyükdür”.

Bu fikirləri Editor.az-a politoloq Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin sonunda Avropa İttifaqına üzv olmağa hazır olması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın Aİ-na üzv olması yox, bu barədə açıq şəkildə eyham edilməsi belə Rusiya tərəfindən xoş qarşılanmayacaq:

“İkinci tərəfdən Paşinyanın nə deməsindən asılı olmayaraq Aİ bu tezliklə Ermənistanı üzvlüyə qəbul etməz, hətta, fikrimcə, heç vaxt qəbul etməyəcək. Bu, sadəcə Rusiyanı qıcıqlandırmağa, Ermənistanla gərginlik yaradıb Rusiyanın başını qatmağa yönəlik oyunlardır. Ermənistan ilə Ukraynanın parametrləri, xüsusilə siyasi çəkisi elə deyildir ki, Rusiya ikinci Ukrayna cəbhəsi açmaq fikrinə düşsün. Burada coğrafiya da fərqlidir. Ukrayna birbaşa Avropa ilə həmsərhəddirsə, hətta Avropanın böyük bir parçasıdırsa, Ermənistan heç yerə normal çıxışı olmayan, Rusiyadan hər mənada asılı olan oyuncaq dövlətcikdir. Rusiyaya Ermənistanı ram etmək üçün müharibəyə ehtiyac yoxdur. Ermənistanın Rusiyadan ciddi şəkildə uzaqlaşmaq meylləri kəsinləşərsə, Rusiya bu zaman Ukraynaya hücumu zamanı ilk günlər etdiyi kimi ordusunu meydana çıxaracaq. İrəvanın mərkəzində hərbi parad keçirmək üçün də əsgərlərin parad formaları hazır olacaq. Ukraynada bu alınmadı, amma Ermənistanda alınacağı açıq həqiqətdir”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
editor.az

1Mənbələr