AZ

Yeni planet kəşf edildi - Pambıq yumağı qədər yüngüldür

Tədqiqatçılar kəşfi ABŞ Aeronavtika və Kosmos Agentliyi (NASA) tərəfindən 2023-cü ildə elan edilmiş WASP-193b ekzoplanetinə dair yeni tapıntılar əldə ediblər.

Teleqraf.com xəbər verir ki, elm adamları ekzoplanetin ölçüsü ilə müqayisədə çox aşağı sıxlığa, pambıq yumağı qədər yüngül quruluşa malik olduğunu üzə çıxarıblar.

Araşdırmaçılar WASP-193b-nin daha çox hidrogen və heliumdan ibarət olduğu üçün bu qədər aşağı sıxlığa malik olduğunu fərz edirlər.

ABŞ-nin Massaçusets Texnologiya Universitetinin (MIT) astronomu Xalid Bərkayi kəşflə bağlı deyib: “Planeti “superşişkin” adlandırırıq, çünki bərk cisimlərdən daha çox yüngül qazlardan ibarətdir”.

WASP-193b indiyə qədər kəşf edilmiş ikinci ən az sıxlığa malik planetdir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
teleqraf.com

1Mənbələr