AZ

Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib 

Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, uğurlu komanda işi sayəsində növbəti ailə riskli hamiləlik sonrası övladına qovuşub.
 
Ağır preeklampsiya və ciftin vaxtından əvvəl ayrılması diaqnozu ilə 28-ci həftəsində təcili qeysəriyyə əməliyyatına alınan xəstənin əməliyyatı həkim cərrah-ginekoloq Mahirə Əfəndiye və reanimatoloq Vüsalə Nuhbalayeva tərəfindən icra olunub.
 
1100 qram çəki ilə doğulan körpənin (kişi cinsli) ağ ciyərlərinə dövlət təminatlı "Crosurf" preparatı yeridilib və tənəffüs dəstəyi təmin olunub.
 
Ağır vəziyyətdə daxil olan ana və körpəsi sağlam şəkildə evə yola salınıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
aztibb.az

1Mənbələr