AZ

Putin və Si Cinpin münasibətlərin dərinləşməsinə dair bəyanat imzalayıblar  

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü kontekstində yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar. Bu barədə Vətəninfo.az  TASS agentliyinə istinadən xəbər verir .

Sənəd irimiqyaslı Rusiya-Çin danışıqları nəticəsində imzalanıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bir qədər əvvəl izah etdiyi kimi, bu, 30 səhifədən çox həcmli sənəddir.

“Orada, əlbəttə ki, ikitərəfli münasibətlərimizin xüsusi xarakteri qeyd olunacaq və ikitərəfli münasibətlərin bütün kompleksinin gələcək inkişaf yolları qeyd olunacaq, ədalətli və demokratik nizamın formalaşmasında Rusiya və Çinin aparıcı rolu təsdiqlənəcək. ”, – deyə prezidentin köməkçisi əlavə edib.

Putin yenidən seçildikdən və vəzifəyə gəldikdən sonra ilk dəfə Çinə dövlət səfərindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
veteninfo.az

1Mənbələr