AZ

“Vaşinqton Amerika bazarını qorumaq məqsədilə qabaqlayıcı addımlara ehtiyac duyub”

“Vaşinqton

“Dünyada elektromobillərə maraq artıb. Vaşinqton Amerika bazarını qorumaq məqsədilə qabaqlayıcı addımlara ehtiyac duyub”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, bundan sonra ABŞ ərazisində Çində istehsal olunan elektromobillərin idxal tarifləri 100 faizə qədər artırılacaq: “Bu indiki rüsumdan 5 dəfə çoxdur. Baydenin qərarına qədər Çində istehsal olunan elektromobillərə 25 faizlik rüsum tətbiq edilirdi. Bayden yeni qərarıyla faktiki özündən əvvəlki prezident Donald Trampın Çin məhsullarına qarşı sərt siyasətini davam etdirir. Misal üçün Cozef Bayden Çindən idxal olunan polad və alüminium üçün rüsumları üç dəfə artırmaq planlaşdırırdı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
xalqcebhesi.az

1Mənbələr