AZ

Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Azərbaycanda

Azərbaycanda teleqram sosial şəbəkəsində vaxtaşırı müxtəlif cinayət tərkibli porno səhifələr açılır. Hüquq-mühafizə orqanları dəfələrlə bu qrupları ifşa edib çox sayda şəxsləri həbs etsələr də bu şəxslərə dərs olmur.

Vətəndaşlardan biri "Azərbaycan Reallığı"na müraciət edərək belə qruplardan birini ifşa etdiyini bildirir. Vətandaş qrupun Leyla Salmanova ad soyadlı admini ilə yazışaraq qrup haqqında məlumat toplamağa çalışır.

Məlum olub ki, qrupa giriş 6 manatdır. Qrupda azyaşlı uşaq pornoları yaymaqla Azərbaycan vətəndaşlarını əxlağsız videolara baxmağa sövq edir, bununla külli miqdarda pul qazanırlar.

Azərbaycan mentaliteti və mədəniyyətinə yad olan bu teleqram səhifələrini yaymaqla ölkəmizin dünyada artan nüfuzuna kölgə salmağa çalışırlar. Bu pedofil şəxslərin 2 bank hesabı da hazırda əlimizdədir.

Hesabların birinin sahibinin adı da fotoda var. Artıq o hesabların kimə aid olduğunu tapmaq və qrupu açıb xalqa pedofiliya yaymaq istəyənləri ifşa edib cəzalandırmaq hüquq-mühafizə orqanlarının işidir.

Mövzu ilə bağlı fotoları oxucularımıza təqdim edirik:
AzərbaycandaAzərbaycandaAzərbaycandaAzərbaycanda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
yenisoz.az

1Mənbələr