AZ

İslam Bağırzadə: "Bakıda provayderlərin sayı daha çoxdur"

21-ci əsrdə şəbəkələrin təkamülün görürük. Bunlar agile və qarşılıqlı əməliyyat qabiliyyətli olmaldıır. Bu funksiyalar artan biznes tələblərinə cavab verməlidir.

FED.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İnformasiya texnologiyaları departamentinin direktoru İslam Bağırzadə “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Artan bağlantı ehtiyacları üçün telekommunikasiya arxitekturasındakı irəliləyişlərin araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, bu transformasiya sənayemizin tərəfdaşlıqlarını və rollarını yenidən formalaşdırır, Mobil Şəbəkə Operatorlarını yeni yaranan biznes tələblərinə cavab vermək üçün strategiyalarını uyğunlaşdırmağa məcbur edir.

“Bu texnologiyalar əsas əhəmiyyət kəsb edir, çünki onlar qüsursuz əlaqə və idarəetmə imkanı verir, insan səhvlərini azaldır və səmərəliliyi artırır. Davamlılıq və səmərəliliyi hədəflədiyimiz üçün daha ağıllı şəbəkə idarəçiliyi üçün Süni İntellektdən istifadə edən strategiyaları inteqrasiya etmək çox vacibdir. Süni intellekt təkcə əməliyyat səmərəliliyini artırmır, həm də proqnozlaşdırıcı texniki xidmətə kömək edir, beləliklə, dayanma müddətini azaldır və istifadəçi təcrübəsini yaxşılaşdırır- deyə İslam Bağırzadə bildirib. 

Biz ən ucqar ərazilərə çata biləcəyik. Biz bu texnologiya inqilabına investisiya qoymalıyıq.

Azərbaycan bazarı haqqında danışan İslam Bağırzadə bildirib ki,  Bakıda provayderlərin sayı daha çoxdur. Bakıda 109 pravayder var.  Abşeron - Xızı iqtisadi rayonunda 77 provayder və Gəncə-Daşkəsən rayonunda 28 provayder var. Bu vaxta qədər İKTA tərəfindən 158 operator və internet provayderi uçota alınıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
fed.az

1Mənbələr