AZ

İranda sel nəticəsində 7 nəfər ölüb

İranda sel nəticəsində 7 nəfər həyatını itirib, 12 nəfər itkin düşüb.

E-huquq.az İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, Xorasan əyalətinin Məşhəd şəhərində leysan yağışlar ciddi fəsadlara səbəb olub.

Bölgədə axtarış-xilasetmə işləri davam etdiyi bildirilib.

Məşhəd vilayətinin qubernatoru Muhsin Daveri seldən zərər çəkmiş 250 ailənin daha təhlükəsiz olan ərazilərə köçürüldüyünü qeyd edib.

O, Məşhəddə sel nəticəsində 150 evin zərər gördüyünü söyləyib.

Şəhərin bəzi yerlərində yollar bağlanıb, nəqliyyat vasitələri su altında qalıb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
e-huquq.az

1Mənbələr